Banklar süni intellektə aktiv investisiya qoyurlar


Digərləri 05 Fev 2019 08:31:00 195 0

Banklar süni intellektə aktiv investisiya qoyurlar

"Deloitte" konsaltinq şirkəti maliyyə sektorunda süni intellektdən istifadəyə həsr edilən tədqiqatın nəticələrini dərc edib. Hesabatda bankların avtomatlaşdırma, kompüter təlimi və işçi qüvvəsinin qənaətinə kömək edən digər texnologiyalara aktiv investisiya yatırması qeyd olunur.  

Son.az insider.az-a istinadən bildirir ki, sorğuda müxtəlif ölkələrdə fəaliyyət göstərən maliyyə sahəsi üzrə 94 şirkət iştirak edib. Respondentlərin 29 faizi bildirib ki, onların təşkilatları hazırda proseslərin robotlaşdırılmış avtomatlaşdırılmasından - işin əksər hissəsini avtomatlaşdıran proqram təminatından istifadə edirlər. Bu seçimdə rəyi soruşulanların 25 faizi belə texnologiyaları risklərin idarə olunması, 21 faizi risklər haqqında hesabatların formalaşdırılması, 20 faizi normativ hesabatlılıq üçün tətbiq edir.

İritutumlu məlumatlar və analitika da banklar üçün prioritet olub - onların 40 faizi süni intellektlə yanaşı, belə alətlərdən istifadə edir.