İslamda sağlamlığın əhəmiyyəti və yoluxucu xəstəliklərdən qorunma


Digərləri 05 Fev 2019 08:35:00 221 0

İslamda sağlamlığın əhəmiyyəti və yoluxucu xəstəliklərdən qorunma

İnsana və insan həyatının qorunmasına böyük önəm verən İslam dini insanın mənəvi olduğu kimi, fiziki cəhətdən də sağlam həyat sürməsinə xüsusi diqqət ayırır. İki dünya səadətini hədəf alan dinimiz axirət həyatı üçün çalışan insanın bu dünyasına da fikir verməsini, xəstələndikdə müxtəlif tibbi vasitələrdən istifadə etməsini tövsiyə edir. Bu aspektdən baxdıqda müsəlman alimlərin içərisindən dünyaca məşhur təbiblərin yetişməsi təsadüfi deyildir.

Son.az islam.az-a istinadən bildirir ki, çünki insanları həyatda mücadilə aparmağa, təslim olmamağa çağıran İslam dini, xəstələndikdə də müalicə olunmağa təşviq edir. Hz Peyğəmbər bu barədə belə buyurmuşdur: "Ey Allahın qulları, müalicə olunun. Çünki Allah qocalıqdan başqa dərmansız heç bir xəstəlik verməyib" (Əbu Davud, 4/3, 7). Başqa bir hədisdə isə belə buyurulur: "Allah şəfası olmayan heç bir xəstəlik yaratmamışdır" (Əhməd ibn Hənbəl: 4278, İbn Macə, 3436, Əbu Davud 3855, Tirmizi 2039).

Lakin unutmamalıyıq ki, sağlam həyatı əsas alan dinimiz xəstə insanları müalicə olunmağa təşviq etməklə bərabər, xəstələnməmişdən əvvəl müxtəlif xəstəliklərə qarşı ön tədbirlərin alınmasını daha məqsədəuyğun hesab edir. Bu xəstəliklərin içərisində xüsusilə yoluxucu xəstəliklərə qarşı son dərəcə diqqətli olmaq, bunların yayılmasının qarşısını almaq üçün tədbirlər görmək hər bir insanın borcudur. Hər bir insan belə bir təhlükədən özünü gözləməlidir. Necə ki, Qurani-Kərimin Bəqərə surəsinin 195-ci ayəsində belə buyurulur: "Öz əlinizlə özünüzü təhlükəyə atmayın". Aydındır ki, bir yerdə yoluxucu xəstəlik olduğunu bilə-bilə oraya getmək, elə insanın özü-özünü təhlükəyə atması deməkdir. Deməli, belə bir xəstəlik ehtimalı olan yerlərdən uzaq durmaq lazımdır. Yoluxucu bir xəstəlik olan vəba haqqında Hz. Peyğəmbər belə buyurmuşdur: "Vəbanın ortaya çıxdığını eşitdiyiniz bir yerə getməyin. Əgər olduğunuz yerdə vəba görülərsə, siz də oradan çölə çıxmayın". Yoluxucu xəstəliklər barəsində başqa bir hədisində isə Hz. Peyğəmbər belə buyurur: "Cüzam xəstəliyi olan adamdan aslandan qaçan kimi qaçın".

Əziz möminlər!