Xüsusi kamera quşların dünyanı görməsini göstərir


Digərləri 05 Fev 2019 08:21:00 226 0

Xüsusi kamera quşların dünyanı görməsini göstərir

İsveç tədqiqatçıları xüsusi kamera vasitəsilə quşların dünyanı necə görməsini canlandırıblar.

Son.az insider.az-a istinadən bildirir ki, insanın rənggörmə qabiliyyəti üç əsas rəngə əsaslanır: qırmızı, yaşıl və göy. Quşlar əsas rənglərlə yanaşı, ultrabənövşəyi şüaları görə bilirlər. İsveçin Lund Universitetinin tədqiqatçıları ilk dəfə quşun rənggörmə qabiliyyətinin dəqiq imitasiyasını yaratmağa nail olublar. Bunun üçün alimlər tərəfindən dünyanı müxtəlif heyvanların gördüyü kimi dəqiqliklə görməyə imkan verən xüsusi hazırlanmış filtrlərlə təchiz edilən kamera hazırlayıblar. Tədqiqatda kamera quşların torlu qişasında dörd müxtəlif tipli kiçik kolbanın rəng həssaslığını yüksək dəqiqliklə imitasiya edib.