Elektron tullantıların yalnız 20%i təhlükəsiz şəraitdə emal edilir


Digərləri 05 Fev 2019 08:11:00 272 0

Elektron tullantıların yalnız 20%i təhlükəsiz şəraitdə emal edilir

Hər il tərkibində toksik maddələr olan təxminən 50 milyon ton kompüter, televizor, noutbuk, oyun konsolları, mobil telefon və başqa məişət elektronikası atılır. Elektron tullantıların yalnız 20%-i rəsmən lazımi şərtlər daxilində emal edilir. Digər tullantılar zibilliyə tullanılır və ya sağlamlıq üçün zərərli şəraitdə utilizasiya edilir.

Bu haqda yanvarın 24-də Davosda Dünya İqtisadi Forumunun iştirakçılarına təqdim edilmiş hesabatda deyilir. Hesabat Birləşmiş Millətlər Təşkilatının (BMT) bir neçə müəssisəsi, həmçinin BMT Universiteti tərəfindən hazırlanıb. Hesabat müəllifləri xəbərdarlıq edirlər ki, 2050-ci ilə elektron tullantıların həcmi təxminən 3 dəfə artaraq 120 milyon ton təşkil edə bilər.

Son.az insider.az-a istinadən bildirir ki, BMT-nin ekspertləri dəfələrlə sıradan çıxmış elektronika qurğularının lazımi qaydada utilizasiya edilməsinə səsləyiblər. Amma 2018-ci ildə elektron tullantıların yalnız 20 faizi lazımi normalara riayət edilməklə emal edilib. Milyonlarla vətəndaş onları qeyri-leqal qaydada utilizasiya edir və ya təhlükəli şəraitdə yenidən emal edir. Yalnız Çində belə vətəndaşların sayı 600 mindən çoxdur.