Siqaret qutusunda narkotik aşkarlanıb


Digərləri 05 Fev 2019 08:18:00 180 0

Siqaret qutusunda narkotik aşkarlanıb

Gömrükçülər siqaret qutusunda marixuana aşkarlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Scania" markalı yük avtomobilinə gömrük baxışı keçirilərkən sürücünün hərəkətləri gömrükçülərdə şübhə yaradıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlamadan əvvəl vətəndaşa üzərində və ona məxsus yük maşınında gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin, o cümlədən narkotik vasitənin olub-olmadığı soruşulub.