Robot Sofiyanın artıq kiçik bacısı da var


Digərləri 05 Fev 2019 07:41:00 187 0

Robot Sofiyanın artıq kiçik bacısı da var

Süni intellektli humanoid robot Sofiyanın yaradıcısı olan "Hanson Robotics" şirkəti onun kiçilmiş versiyasını təqdim edib.

Son.az finans.az-a istinadən bildirir ki, Balaca Sofiya adı verilən bu robotu şirkət Sofiyanın kiçik bacısı adlandırır.

Balaca Sofiyanın daxilində insanların üzlərini təsbit edən sensor, danışıq üçün mikrafonlar və dinamik quraşdırılıb və o yeriyə bilir. Onu səslə və ya telefon yaxud planşetdə quraşdırılan tətbiq vasitəsilə idarə etmək olur.