Müasir internet üçün ən əsas təhlükə nədir?


Digərləri 05 Fev 2019 07:51:00 301 0

Müasir internet üçün ən əsas təhlükə nədir?

ABŞ alimi və tərtibatçısı Vinton Serf mühafizə olunmayan "Əşyalar interneti" qurğularını müasir şəbəkə üçün ən böyük təhlükə adlandırıb.

Son.az insider.az-a istinadən bildirir ki, internet yaradıcılarından biri olan V.Serf internetə qoşulan qurğuların sayının durmadan artmasından narahatlığını ifadə edib. Onun sözlərinə görə, problem belə qurğuların kifayət qədər təhlükəsiz olmamasından ibarətdir.

"Çoxlu qurğuların yaranması potensial təhlükə törədəcək", - hazırda "Google" şirkətinin aparıcı internet mütəxəssisi olan V.Serf bildirib. O vurğulayıb ki, bu qurğuların işində nasazlıqların nəticələri gözlənilməz ola bilər.

Təhlükəli nümunə kimi alim qəzaya düşə biləcək avtonom avtomobilə müdaxiləni göstərib.