Telefon nömrəsi ilə “iPhone”a xaker hücumu etmək olur


Digərləri 05 Fev 2019 07:21:00 252 0

Telefon nömrəsi ilə “iPhone”a xaker hücumu etmək olur

Türkiyənin kibertəhlükəsizlik üzrə mütəxəssisi Melih Sevim "Apple"da istənilən "iPhone" istifadəçisinin məlumatlarına daxil olmağa imkan verən boşluq aşkarlayıb.

"Apple" şirkəti "Apple ID"də qeydiyyatdan keçmiş telefon nömrəsini "İcloud"da istifadəçinin məlumatları ilə əlaqələndirir.

Son.az insider.az-a istinadən bildirir ki, kibertəhlükəsizlik üzrə mütəxəssis Sevim "iCloud"da qeydiyyatdan keçmiş istənilən istifadəçinin məlumatlarına onun telefon nömrəsi vasitəsilə giriş əldə etməyin mümkün olduğunu müəyyən edib.