Günün qoroskopu: ədalətli, soyuqqanlı, təmkinli olun


Digərləri 05 Fev 2019 00:01:00 231 1

Günün qoroskopu: ədalətli, soyuqqanlı, təmkinli olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - qeyri-adi, yaşanacaq hadisələri uzun zaman unuda bilməyəcəyiniz gündür. İş heç də spontan olayların qəfilliyində deyil. Problem baş verənlərə həddən ziyadə emosional reaksiyalarınızdadır. Hər kiçik məsələni önəmli və mühüm iş saymayın.

Maraqlı tanışlıqlar, sizi yeni və orijinal ideyalara sövq edəcək insanlarla görüş istsina deyil.

Günün ikinci yarısında proseslərə səthi yanaşmayın. Sidq-ürəkdən sevinin, amma planlaşdırılan işləri unutmayın. Axşam saatlarında mənfi emosiyalardan qurtulun. Bəzi işləri təxirə salmaq olar.  

Buğa - sürprizlərə hazır olun. Yaşam tərzinizdə dəyişikliklərə start verəcək xəbər almağınız istisna deyil. Yeni imkanları görün, onlardan yararlanmağın yollarını araşdırın. Təhlillərinizdə dəqiq olun. Yaxın ətrafınızdakı insanların diqqətindən yayınan məqamları görün.

Romantik münasibətlər üçün yaxşı gündür. Qətiyyətli və əzmkar olun.

Axşam saatlarında gəzintiyə çıxın. Belədə yuxusuzluğa düçar olmazsınız.

Əkizlər - sürətlə və dəqiq düşünün. Mühüm işləri təxirə salmayın, rəqibləri geridə qoyun. İntuisiyanız sizi aldatmayacaq. Səhvlərə yol verməyin. Sizdən tələb olunan məsələ təhtəlşüurun sizə verdiyi siqnalları anlamaqdır. Mühüm görüşlər, ciddi məsələlərin müzakirəsi üçün yaxşı gündür. Hətta əvvəllər diametral əks mövqe tutduğunuz insanlarla kompromisə nail ola bilərsiniz.

Günün ikinci yarısı yaşam tonusu səviyyəsinin aşağı düşəcəyi zamandır. Özünüzü qoruyun. Qüvvələrin bərpası üçün meditasiya karınıza gələ bilər.

Xərçəng - öz işlərinizlə müqayisədə başqalarının problemləri ilə daha çox maraqlanmayın. Qohumlarınız və ailə üzvlərinizin işlərinə müdaxilə etməyin. Amma yardım istəyi olarsa, qulaqardına vurmayın. Yaşam tərzinizdə müəyyən dəyişikliklər edə bilərsiniz. Çoxdankı planı və ya niyyəti reallaşdırmaq imkanı yaranır. İdeyaların hamısını puç, mənasız hesab etməyin.

Əyləncə və istirahətə həddən artıq önəm verməyin. Qatıldığınız məclisdə lider olmağa çalışın. Romantik münasibət istisna deyil. Lakin tamamilə naqolay insanla maraqlana bilərsiniz.

Şir - günün ilk yarısında ehtiyatlı olun. Aqressiya, inadkarlıq, eqoizm zamanı deyil. Belə davransanız, qərar və addımlarınızın çox pis fəsadları ola bilər.

Yaxınlarınızla təmaslarda münaqişə riskini artırmayın. Ailədə ixtilaf yaranarsa, onu çözmək asan olmayacaq.

Saatlar keçdikcə müsbət təmayüllərin təsir gücü artır. Özünüzü daha əmin və yaxşı hiss edirsiniz. Sizi çoxdan bəri narahat edən problemi həll etmək imkanı yaranır. Şansı əldən verməyin. Bizneslə bağlı əla ideyalar yarana bilər.

Qız - günün emosional fonu əlverişli deyil. Durum peşəkar fəaliyyətlə yanaşı şəxsi münasibətlərə də mənfi təsir edir. Səbirsiz və qıxıqlı olmayın. Ən kiçik məsələlərə görə gərgin mübahisələr etməyin. Münaqişə səbəbkarına çevrilməyin. Nüfuzlu insanlarla istənilən formada ünsiyyət və təmaslar ehtiyatlı davranmağı tələb edir.

Günün ikinci yarısında bədxahlarınız aktivləşəcəklər. Onların çirkin planına alət olmayın. Bilik və bacarıqların artırılması, dünyagörüşünün genişləndirilməsi üçün əlverişli gündür. Yeni tanışlıq ehtimalı azdır.