Çexiyada sosial şəbəkələrdə senzuraya görə mühakimə etmək təklif olunur


Digərləri 04 Fev 2019 23:51:00 245 0

Çexiyada sosial şəbəkələrdə senzuraya görə mühakimə etmək təklif olunur

Vətəndaş-Demokratik Partiyasından deputat Vatslav Klaus (oğul) başda olmaqla Çexiyanın 30 nəfərlik qanunverici qrupu sosial şəbəkələrdə söz azadlığına məhdudiyyət qoyulmasının qanun çərçivəsində cəzalandırılmasını tələb edirlər.

Son.az bildirir ki, AZƏRTAC bu barədə "Dnes" qəzetinə istinadla xəbər verir. Administratorlar tərəfindən istifadəçilərin postlarının silinməsinə görə onları 3 il müddətinə azadlıqdan məhrumetmə, peşəkar fəaliyyətə qadağa və ya cərimə şəklində cəza təhlükəsi gözləyə bilər.