Yumurtalıq xərçəngindən əziyyət çəkən qadınlar...


Digərləri 04 Fev 2019 23:54:00 269 0

Yumurtalıq xərçəngindən əziyyət çəkən qadınlar...

Yumurtalıq xərçəngi digər xərçəng növləri kimi səssiz gələn bir xəstəlikdir. Bu xəstəliyi pasiyentin mütəmadi müayinələrə gəlməsi zamanı daha erkən və ya gecikmiş formalarda aşkar etmək mümkündür. Yumurtalıq xərçəngi müəyyən bir ölçüyə çatandan və ya klinik əlamətlərlə özünü büruzə verəndən sonra aşkarlana bilir. Ona görə də hər bir reproduktiv - nəsilartırma yaşında olan qadın mütəmadi müayinə olunmalıdır. Xüsusilə bu müayinə menopauza dövründə olan qadınlar arasında daha ciddi aparılmalıdır.

Uşaqlıq boynunun preonkogen, yəni xərçəngönü xəstəlikləri zamanı da ağrı olmur, klinik əlamətlər üzə çıxmır.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının I mamalıq-ginekologiya kafedrasının dosenti, tibb elmləri namizədi, mama-ginekoloq və endokrinoloq Natəvan Axundova məxsusi müsahibəsində məlumat verib.