Alimlər uzunömürlü olmağın sirrini açdılar


Digərləri 04 Fev 2019 23:57:00 245 0

Alimlər uzunömürlü olmağın sirrini açdılar

Gün ərzində ən azı 30 dəqiqə fiziki aktiv olmaq insanın 90 il yaşamasına kömək edə bilər.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Niderlanddan olan bioloqlar uzunömürlüyün aktiv həyat ilə əlaqəsini araşdırıblar.

Araşdırmada 4 min qadın və 3 mindən çox kişi iştirak edib. Kişilərin yaş həddi 68-70 olub. Alimlər onların gün ərzində hansı fiziki işlər gördüyünü araşdırıblar. Bu sıraya nə qədər piyada gəzmələri, idman ilə nə qədər məşğul olurlar və s. daxil olub. Eyni zamanda, onların boy və çəkiləri də nəzarətə götürülüb.

Qadın və kişiləri 3 hissəyə bölüblər. Fiziki aktivlikləri gün ərzində 30 dəqiqəyə kimi olan insanlar, 30-90 dəqiqə arası olan və 90 dəqiqədən çox olan insanlar.