"Təcili yardım" nöqtələri


Digərləri 04 Fev 2019 23:48:00 249 0

"Təcili yardım" nöqtələri

Təzyiq qalxanda qəfil meydana çıxan baş və ürək ağrıları zamanı hər zaman həblərdən istifadə etmək imkanı olmur. Həkim köməyini də hər zaman almaq mümkün deyil. Bəs belə olduqda ağrılardan necə qurtulmaq olar? 

Son.az medicina.az-a istinadən bu ağrılardan tez və effektli qurtulma yolunu açıqlayır:

Başınızda olan bəzi nöqtələrə təzyiq etməklə baş ağrısını aradan qaldırmaq, təzqiyi normallaşdırmaq, damarlarda olan spazmı və zəifliyi aradan götürmək mümkündür. 

1-ci təcili yardım nöqtəsi

Bu nöqtə dodağın yuxarı hissəsidir. Dodaqla burun arasında olan bu hissəni 3 yerə ayırın. Onlardan birinci hissə sıxılmalı olan nahiyədir. 

Həmin yer barmaqla kifayət qədər güclü basılmalıdır. Basın və ən az 20 saniyə olmaqla insanın vəziyyəti düzələnə qədər saxlayın. 

Nə zaman tətbiq etməli? 

İnsanın huşu itən zaman, huş itməsinə yaxın olan vəziyyətdə, ürəkbulanması, başgicəllənməsi, tərləmə və zəiflik zamanı.

2-ci nöqtə

Bu nöqtə aşağı dodaqla çənə arasında yerləşir. O, əvvəlki nöqtə ilə birlikdə sıxıldıqda yaxşı işləyir. Yaxşı olardı ki, bu nöqtələrə növbə ilə təzyiq olunsun. 

Bu nöqtəni də güclü sıxın və 2 dəqiqəyə qədər saxlayın. Ona təsir edilən zaman orqanizmin enerjisi artır, baş ağrısı aradan qalxır.

3-cü nöqtə

Bu nöqtə boyunda yuxu arteriyasının üzərində yerləşir. Onu tapmaq elə də çətin deyil, belə ki, bu nöqtə sıxıldıqda çox güclü ağrı verir.  Bu nöqtəyə edilən təmas arterial təzyiqi normallaşdırır, yəni aşağıdırsa artırır, yuxarıdırsa aşağı salır. 

Bu nöqtəni sıxmaq yox, barmaqla yüngülcə masaj etmək lazımdır. 

Nöqtə boyunun hər iki tərəfində yerləşir. Onları eyni vaxtda deyil növbə ilə - hər birini 9 hərəkət olmaqla masaj etmək lazımdır. Daha sonra isə 20 saniyə boyunca yüngülcə sıxın.   4-cü nöqtə - təzyiqi normallaşdırır

Əllərinizi başınızın arxa hissəsində çarpaz şəkildə birləşdirin. Baş barmaqlarınızla ənsədə kənar tərəflərdə olan nöqtələri sıxın. 

Təzyiq düşən zaman - boynunuzu yuxarıdan aşağıya doğru masaj edin.