Yaponların əksəriyyəti buna inanmır


Dünya 04 Fev 2019 23:33:00 217 0

Yaponların əksəriyyəti buna inanmır

Yaponların 88,2 faizi Baş nazir Şinzo Abenin hakimiyyətdə olduğu dövrdə Rusiya ilə ərazi mübahisəsinin həllinə inanmır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu, Kyodo agentliyinin keçirdiyi sosial sorğunun nəticəsində məlum olub.

Respondentlərin yalnız 7,3 faizi müəyyən vaxt çərçivəsində hökumət başçısının uğur qazanacağına inandığını bildirib.

Xatırladaq ki, Ş.Abe dəfələrlə Rusiya ilə ərazi mübahisəsinin həll olunmasına və sülh müqaviləsinin imzalanmasına nail olacağını bəyan edib. 2018-ci ilin sentyabrında o, yenidən hakim Liberal Demokratik Partiyasının sədri seçilib və bununla onun partiyası hakimiyyətdə qalacağı təqdirdə 2021-ci ilədək hökumətə rəhbərlik etmək imkanı qazanıb.