Kaliforniyanın ilk azərbaycanlı stomatoloqu FOTO


Digərləri 04 Fev 2019 23:36:00 269 0

Kaliforniyanın ilk azərbaycanlı stomatoloqu  FOTO

Son.az medicina.az-a istinadən yazını təqdim edir. 

Çox şən, gülərüz, mehriban xanımdır. Onunla söhbət zamanı vaxtın necə keçdiyini hiss etmədim. Amerikaya gələndən bəri heç kimdən bu qədər müsbət enerji almamışdım. Yumor hissi, dərin savadı, dünya görüşü söhbətimizə xüsusi rəng qatırdı. Azərbaycan dilində Bakı ləhcəsi ilə danışan bu xanımın səmimiyyətinə heyran oldum... 

Həkim ailəsində böyüyüb. Atası Zülfi kişi diş həkimi olub, bacısı Lalə xanım ginekoloqdur, qardaşı Kamran Rəsulov isə stomatolq işləyir. Ailədə həkim olmayan yeganə insan anası Solmaz xanımdır. Solmaz xanım filoloqdur. Uzun illər rus dili və ədəbiyyatı fənnindən dərs deyib. "Rusiya Federasiyasının Əməkdar Müəllimi" fəxri adına layiq görülüb...   Haqqında söhbət açdığım Nərminə Rəsulova Bakıda dünyaya gəlib. 1984-cü ildə Mikayıl Müşfiq adına 18 nömrəli orta məktəbi bitirib. Həmin il Moskvaya köçüblər, Semaşko adına Moskva Stomatologiya İnstituna qəbul olunub. 1990-cı ildə oranı bitirərək, diş həkimi kimi fəaliyyətə başlayıb. Bir müddət Moskvada 17 nömrəli poliklinikada çalışıb. 1993-cü ildən 1998-ci ilədək yaratdıqları ailəvi klinikada işləyib. 1998-ci ildə ABŞ-ın Kaliforniya ştatına köçüb. 

Deyir ki, "Rəhmətlik atam həm baməzə və həm də çox ciddi insan idi. Bakının içəri şəhərində doğulduğundan adət və ənənələrimizə çox bağlı idi. Moskvaya köçəndə bacımla mənə dönə-dönə tapşırdı ki, buraya köçməyimiz o demək deyil ki, dilimizi və milli kimliyimizi unutmalıyıq. Azərbaycanda necə geyinirdizsə, burada da elə olacaq!.."

Nərminə xanım Los Ancelesdə məskunlaşdığı vaxtdan 2008-ci ilədək stomatoloq assisenti kimi çalışıb. Bu arada Loma Linda Universitetində bir il təhsil alıb. Sonra "National Board I, II, Bench Exam və Dental Clinical Board" imtahanlarını uğurla verərək, ilk azərbaycanlı kimi stomatoloq həkim işləmək hüququ qazanıb. 


Xəbərə aid fotolar