Hansı peyvənd nə vaxt vurulmalıdır?


Digərləri 04 Fev 2019 22:41:00 278 0

Hansı peyvənd nə vaxt vurulmalıdır?

Hər hansı bir xəstəliyin qarşısının alınmasında peyvənddən istifadə edilir.

Son.az bildirir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevanın AZƏRTAC-a verdiyi məlumata görə, hazırda ölkəmizdə 11 infeksiyaya qarşı peyvəndləmə işləri aparılır: "Körpə ilk üç peyvəndi doğum evində alır. Doğulduğu ilk 12 saat ərzində körpəyə hepatit B əleyhinə peyvənd aparılır. Dördüncü-yeddinci gün arası həm vərəm əleyhinə, həm də poliomielit əleyhinə peyvənd vurulur. Uşaq evə yazılandan sonra ərazi üzrə poliklinikada qeydiyyata alınır və onun sonrakı peyvəndləri həmin tibb müəssisəsi tərəfindən aparılır. Uşaqlara iki aylığında poliomielit əleyhinə vaksin, pentavaksin (difteriya, tetanus, göyöskürək, hemofil infeksiyası, hepatit B əleyhinə) və pnevmokok infeksiyasına qarşı peyvənd aparılır. Körpənin 3, 4 və 6 aylığında peyvəndlər təqvimə uyğun olaraq davam etdirilir. 1 yaşında uşaqlar qızılca, məxmərək və parotitə qarşı peyvənd vurulur. Uşağın 18 aylığında difteriya, göyöskürək, tetanus əleyhinə (GDT) və oral poliomielit (OPV) vaksinləri ilə revaksinasiya, 6 yaşında isə difteriya, tetanus əleyhinə (DT) və qızılca, məxmərək və parotitə qarşı peyvənd edilir".

Onun dediyinə görə, peyvəndlər arası interval ən azı bir ay olmalıdır.