Sarımsağın ilk dəfə BİLƏCƏYİNİZ FAYDALARI: Cinsi aktivlik, xərçəng, qan təzyiqi...


Digərləri 04 Fev 2019 22:50:00 354 0

Sarımsağın ilk dəfə BİLƏCƏYİNİZ FAYDALARI: Cinsi aktivlik, xərçəng, qan təzyiqi...

Sarımsaq deyiləndə ağıla ilk gələn şeylərdən biri ağız boşluğunda buraxdığı qoxudur. Lakin buna baxmayaraq, güclü antioksidant olan sarımsağın faydaları saymaqla bitmir.

Son.az xəbər verir ki, sarımsağı bütöv udmaq, yağından və şampunundan istifadə etmək insan bədəninə bir çox faydalar verir.

Sarımsağın faydaları nələrdir? Hansı xəstəliklərin dərmanıdır? Sarımsaq necə istifadə olunmalıdır?

Sarımsaq nədir?

Allium cinsindən soğanlı bitki növü olan sarımsaq qədim zamanlardan bəri xalq təbabətində istifadə olunur. Tərkibində olan kimyəvi birləşmələr sulfid birləşmələridir. Sarımsağın allisin-antibakterial, anti-parazit və anti-kanserogen xüsusiyyətləri isbatlanıb.

25-100 sm yüksəkliyə qədər boy atan sarımsaq bitkisinin yarpaqlarında, saplarında və torpaq altındakı soğanında qoxulu yağ mövcuddur. Sarımsaq illik bitkidir. O, yabanı şəkildə yetişmir. Sarımsağın başında 84,09 %su, 13,38% orqanik, 1,53% inorqanik madde var. Əlavə olaraq, tərkibində 33 çeşid kükürd birləşməsi, 17 çeşid amin turşusu, germanium, A, B1 və C vitaminləri mövcuddur.

Faydaları

Sarımsaq güclü antibiotik maddə olması ilə məşhurdur. Buna görə də bir çox mövsümi xəstəliklərə qalib gəlir. Sarımsaq nəinki, daxili xəstəliklərdə, hətta gözəllik, cinsi aktivlik kimi məsələlərdə də tez-tez müraciət olunan bitkidir. Diş və qulaq ağrısını ən tez kəsən vasitə olan sarımsaq süd ilə birlikdə istifadə olunduqda daha ağızda pis qoxu buraxmır.

Bununla yanaşı, qrip, revmatizm, səsin batması, astma, badamcıq vəzlərinin şişməsi, öskürək, bronxit və oynaq ağrılarına da dərmandır. Tərlədici təsiri olduğu üçün qızdırmanın düşməsinə köməkçi olur. Bədənin immun sistemini qüvvətləndirir və hüceyrəqoruyucu təsiri ilə cavan qalmağı təmin edir. Bu təsir meningit, HİV virusu ilə mübarizədə də nəzərə çarpır. Ürək-damar sistemini gücləndirir və xolestrol və triqliseritin faizləri üzərində təsirini göstərir.