Bu metodlar uşaqlarınızın gələcəyini xilas edəcək Evinizdə bir dahi böyütmək istəyirsinizsə...


Digərləri 04 Fev 2019 22:35:00 242 0

Bu metodlar uşaqlarınızın gələcəyini xilas edəcək  Evinizdə bir dahi böyütmək istəyirsinizsə...

Övladlarınızın inkişafı üçün sizin onu necə müşahidə etməyiniz, izləməyiniz olduqca önəmlidir.

Son.az bu işdə sizə yardımçı olacaq 10 metodu təqdim edir.

Çərəzə son!

Şəkər, şirniyyat, trans yağlar və digər quru, hazır çərəzləri kəsib yerinə keyfiyyətli qidalar qoymaq uşaqların ilk iki yaşında zehni inkişafına çox kömək edir. Məsələn, uşaqların sağlam beyin toxumasının olması üçün dəmir elementi önəm daşıyır. Dəmir əksik olanda beyinin sinir hüceyrələri daha yavaş hərəkət edir. Yanlış qidalanma infeksiyaya yoluxmaq riskini artırır. Uşaqların nə yediyinə diqqət edin.

Ana südü

Ana südü beyinin ana yeməyidir. Danimarkalı elm adamları deyir ki, ana südü uşaqların sağlam və zəkalı olmasını təmin edir. Üstəlik, infeksiyalara qarşı müqaviməti artırır.

Beyin oyunları

Şahmat, tapmaca, kriptoqram kimi beyin gimnastikaları beyinin dərmanlarıdır. Stratejik düşüncə, problemin həlli və qərar vermək kimi əhəmiyyətli bacarıqları inkişaf etdirir. Uşaqlara bu oyunları öyrətməlisiniz.

Səhər yeməyi

Güclü qəlyanaltı hafizə, konsentrasiya və öyrənməni inkişaf etdirir. Səhər yemək yemədən günə başlayan uşaqlar əsəbi olur və hər şeydən tez bezir, yorulur.

Özünə güvənmək

Xüsusilə, yeniyetmə çağlarında uşaqlar potensial sərhədləri haqqında mənfi düşüncələrin qurbanı olurlar. Buna görə də valideynlər uşaqlarına özlərinə güvənməyi məcburi şəkildə öyrətməlidirlər. Komanda şəklindəki idman yarışlarına qatılmaq, sosial aktivlik özünəgüvəni artırır.