Rəsmi Seul Cənubi və Şimali Koreya liderlərinin növbəti görüşünün keçirilməsini istəyir


Dünya 04 Fev 2019 22:26:00 187 0

Rəsmi Seul Cənubi və Şimali Koreya liderlərinin növbəti görüşünün keçirilməsini istəyir

Rəsmi Seul Cənubi və Şimali Koreya liderləri Mun Ce-in ilə Kim Çen Inın növbəti görüşünün keçirilməsi üçün fəaliyyətə başlayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Prezidenti ofisində adının açıqlanmasını istəməyən məsul şəxs bildirib. O, növbəti - dördüncü Mun-Kim görüşünün ABŞ və KXDR liderlərinin fevralın sonunda nəzərdə tutulan ikinci sammitindən sonra təşkilinin mümkünlüyünü deyib.

Rəsmi Seul inanır ki, ABŞ və KXDR liderlərinin növbəti görüşü Şimali Koreyanın nüvə-raket proqramının ləğvi prosesinin daha da dəqiqləşməsi, yəni, ləğv prosesinin konkret cədvəlinin qəbul edilməsi ilə nəticələnəcək.