Mərkəzi Avropada ən təmiz hava limanı


Digərləri 04 Fev 2019 21:50:00 241 0

Mərkəzi Avropada ən təmiz hava limanı

Ferents List adına Budapeşt Beynəlxalq Hava Limanı Mərkəzi və Şərqi Avropada karbon neytrallığı göstəricisi üzrə ekoloji tələblərə tam cavab verən aeroport rəsmi sertifikatı alıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Macarıstan hökumətinin mətbuat üçün açıqlamasında məlumat verilib. Budapeşt aeroportu artıq ikinci ildir bu sertifikata layiq görülür. Əsas tələb isə təyyarələrin istismarı zamanı hava limanının atmosferə CO2 emissiyasını kompensasiya etməkdir. Akkreditasiya "ACI Europe" (Avropa Aeroportları Beynəlxalq Təşkilatı) tərəfindən keçirilən auditdən sonra rəsmi sertifikatla təsdiq olunub.