Məşhur həkim 1 milyon təzminat ödəyəcək


Digərləri 04 Fev 2019 21:44:00 203 0

Məşhur həkim 1 milyon təzminat ödəyəcək

Məşhur diyetoloq Ender Seraçdan xəbər var.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, məşhur diyetoloq boşanandan sonra həyat yoldaşı ilə arasında olan mülk davası sona çatıb. Belə ki, keçmiş həyat yoldaşı Sevgi Saraçın vəkili məhkəmədə deyib ki, Ender Saraç Sevgi Saraç ilə ailə quranda Sevgi dərman fabriklərindən birində işləyib: "Ender Saraç onun işləməsini qəbul etməyib və Sevgi işdən ayrılıb. Daha sonra Sevgi öyrənib ki, həyat yoldaşı başqa qadın ilə sevgilidir və ondan hətta övladı da var. Məhz buna görə də boşanıb və təzminat tələb edir"

Qadınlıq qüruru tapdalandığı üçün Sevgi Saraç keçmiş ərindən 2 milyon 500 min lirə birdəfəlik, 25 min lirə aylıq aliment istəyib və bütün mallarının ikiyə bölünməsini tələb edib.