Özbəkistanda Energetika Nazirliyi yaradılıb


Dünya 04 Fev 2019 21:32:00 229 0

Özbəkistanda Energetika Nazirliyi yaradılıb

Özbəkistanda Energetika Nazirliyi yaradılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fərman imzalayıb. Baş nazirin müavini Əlişir Sultanov energetika naziri təyin olunub.

Özbəkistanın yanacaq-energetika kompleksinin təşkilati strukturu, fəaliyyəti və tənzimlənməsi ilə bağlı bütün məsələlər yeni nazirliyin səlahiyyətlərinə verilib. Əlişir Sultanov Özbəkistanın neft-qaz sahəsində müxtəlif vəzifələrdə çalışıb, "Şurtan" qazkimya kompleksinin direktoru, "Özbəkneftqaz" Milli Holdinq Şirkətində İdarə Heyətinin sədri, Baş nazirin müavini vəzifələrində çalışıb.