Uludağda binanın damından qar kütləsi insanların üstünə düşüb


Dünya 04 Fev 2019 21:20:00 239 0

Uludağda binanın damından qar kütləsi insanların üstünə düşüb

Türkiyənin Uludağ bölgəsindəki otellərdən birinin damından qar kütləsi insanların üstünə düşüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qar altında qalan vətəndaşları xilas etmək üçün bölgəyə çoxlu sayda xilasedici və təcili yardım briqadaları cəlb edilib.

Qarın altından altı nəfər çıxarılaraq müxtəlif bədən xəsarətləri ilə Bursa xəstəxanasına yerləşdirilib.