İrandan mal gətirənlər gömrükçüləri aldatmaq istədi


Digərləri 04 Fev 2019 21:17:00 247 0

İrandan mal gətirənlər gömrükçüləri aldatmaq istədi

Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları gömrük sərhədindən keçirilən malların düzgün bəyan edilmədiyini aşkarlayıb.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, belə ki, idarənin "Hövsan Dəniz" gömrük postuna İrandan göndərilən döşəmə üçün plitələr və kafel yüklü "Adrina" gəmisi daxil olub.

İrandan idxal olunan döşəmə üçün plitə və kafel malların saxlanc gömrük proseduru altında rəsmiləşdirilməsi məqsədi ilə gömrük bəyannaməsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə təqdim olunub və mallarının mövcudluğu bildirilib.

Yuxarıda qeyd olunan malların çəkisi və ümumi miqdarı mal-müşayiət sənədlərində öz əksini tapıb. Gömrük bəyannaməsi baş idarədə qəbul edildikdən sonra idxal olunan mallar "Hövsan Dəniz" gömrük postunun ərazisinə boşaldılıb və bəyan olunan 1590170 kq. çəkidə olan 58688.25 m2 (842 yer) döşəmə üçün plitə və kafel malları yoxlanılıb. Nəticədə "Adrina" gəmisi vasitəsilə idxal olunan və 58688.25 m2 kimi bəyan olunan malların sənədlərdə göstərilən miqdardan 17721.99 m2 artıq, toplam 76410.24 m2 olduğu məlum olub.


Xəbərə aid fotolar