Yeni ilin ilk ayında bu ölkədə silahlı hücumlar nəticəsində 900 nəfər ölüb


Dünya 04 Fev 2019 21:08:00 237 0

Yeni ilin ilk ayında bu ölkədə silahlı hücumlar nəticəsində 900 nəfər ölüb

2019-cu ilin yanvarında Əfqanıstanda silahlı hücumlar və təhlükəsizlik qüvvələrinin əməliyyatları nəticəsində 900 nəfər ölüb, 800 nəfər isə yaralanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvar ayında Qətərdə atəşkəs və ABŞ qoşunlarının çıxarılması ilə əlaqədar danışıqların davam etdiyi vaxtda Əsədulla Xalidin müdafiə və Əmrulla Salehin daxili işlər nazirləri təyinatından sonra Əfqanıstan təhlükəsizlik xidmətlərinin ölkənin cənubundakı Helmand əyalətində "Taliban" yaraqlılarına qarşı hərbi əməliyyatları yeni vüsət alıb. Bu vilayətin Səngin rayonunda dinc sakinlərin həlak olduğu hərbi əməliyyat zamanı ABŞ qırıcı təyyarəlinin hücumu nəticəsində bir ailənin 16 üzvü öldürülüb.

Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Əfqanıstan Prezidenti Əşrəf Qəni bildirib ki, 2014-cü ildən bugünədək təhlükəsizlik xidmətlərinin 45 min əsgər və zabiti həlak olub. Onun sözlərinə görə, ABŞ qoşunlarının bu ölkədən çıxarılması silahlı qruplaşmalarla tam razılaşma əldə edildikdən sonra mümkündür.