Xəzər tarixi yerinə qayıdır:


Digərləri 04 Fev 2019 19:54:00 243 0

Xəzər tarixi yerinə qayıdır:

Dünya alimlərinin fikrincə, hətta yaxın geoloji standartlar dövründə belə Xəzər dənizi indikindən fərqli, daha dəqiq desək, bizim gördüyümüz Xəzərdən daha böyük olub.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bir sıra məlumatlarda Xəzər dənizinin səviyyəsinin minimuma qədər azalmasından sonra yenidən yüksəlməyə başladığı və bütöv şəhərləri sular altında qoyduğu göstərilib.

Okeanoloq B.A.Şlyamin bu barədə yazıb: "Milyon illərlə ölçülən olduqca uzun dövr ərzində Aralıq, Qara, Azov və Xəzər dənizləri dünya okeanı ilə əlaqəsi olan geniş bir dəniz hövzəsi təşkil edib. Bu hövzə dəfələrlə öz şəklini, sahəsini, dərinliyini dəyişib, ayrı-ayrı hissələrə bölünüb və yenidən bərpa olub".

Belə çıxır ki, müasir Xəzərin ətrafındakı bir çox səhra və çöl qədim Xəzərin dibini təşkil edib.

Xəzərin şimal hissəsinin düzənlik ərazilərinə səfərlər etmiş rus alimi, akademik P.S.Pallas Xəzəryanı çöllərin hələ də sanki çox yaxın vaxtlarda suyun altından çıxmış kimi bir vəziyyəti qoruyub saxladığını yazıb.

Pallas həmçinin yüksək dəniz səviyyəsinin izlərini Xəzəryanı ovalıq ərazidə dənizin ortasındakı adalar kimi səpələnmiş kiçik təpələrdə də tapıb. O, bu təpələrin yamaclarında çıxıntılar və ya terraslar aşkar edib. Bu çıxıntıları yalnız davamlı şəkildə sahilə vuran dəniz dalğaları yarada bilərdi.

Alimlər Xəzərin sahillərində, xüsusən də şimalda (Manqışlaq və digər ərazilərdə) dənizin bugünkü səviyyəsindən 26, 16 və 11 metr yüksəklikdə üç sahilyanı terras aşkar edib. Onlar Xvalınsk dənizinin son mərhələsinə, yəni 10-20 min il əvvələ aiddir. Digər tərəfdən, mövcud səviyyədən 16-20 metr dərinlikdə sualtı terrasların olması haqqında da etibarlı məlumatlar vardır. Görünür ki, Xəzərdə suyun səviyyəsi 20 metrədək dalğalanma tendensiyasına malikdir.

Əgər hazırda Xəzərin suyunun minimum həddi müşahidə olunursa, bu halda suyun səviyyəsinin yüksəlməsini nə vaxt gözləməliyik?


Xəbərə aid fotolar