Antarktidada dünyanın ən təhlükəli aysberqi əriməyə başlayıb


Digərləri 04 Fev 2019 19:59:00 230 0

Antarktidada dünyanın ən təhlükəli aysberqi əriməyə başlayıb

Antarktidanın qərbində, alimlər tərəfindən "dünyanın ən təhlükəli aysberqi" adlandırılan hissə dağılmaq təhlükəsi altındadır.

Son.az "ölkə.az"a istinadən xəbər verir ki, aysberqdən iri parçanın qopması an məsələsinə çevrilir. Əgər buz dağı tamamilə dağılsa, dünya okeanının səviyyəsini 65 sm artıra bilər.

Buz dağının bir hissəsinin dağılması NASA peykləri tərəfindən qeydə alınıb və "Science Advances" jurnalında elmi məqalə dərc edilib. Video görüntüdə aysberqin 300 metr hündürlüyü, 4 km uzunluğu olan hissəsi açıq-aydın görünür.

Alimlərin sözlərinə əsasən,  buzun üzərində yaranan dəliyə isti dəniz suyu axıb və ərimə prosesini sürətləndirib. Əvvəllər bu hissədə 14 milyard ton buz olub.


Xəbərə aid foto