Erməni alimlər inqilabın meyvələrini dadırlar


Digərləri 04 Fev 2019 19:49:00 240 0

Erməni alimlər inqilabın meyvələrini dadırlar

Yerevan Dövlət Universitetinin (YDU) bir neçə yüz əməkdaşı işdən çıxarıldıqları haqqında xəbərdarlıq alıb.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq elm və təhsil nazirinin müavini, YDU-nun əməkdaşı Vaqram Mkrtçyan deyib.

"Alimlər inqilabın meyvəsini dadırlar. Hökumətin 27 dekabr 2018-ci il tarixli, 1515 № -li qərarına əsasən, YDU-nun 450 əməkdaşı işini itirəcək. Onlardan biri mənəm. Bizim hamımız martın 31-də işdən azad olunacağımıza dair xəbərdarlıq almışıq" - deyə Mkrtçyan bildirib.

Bu məlumatı YDU-nun mətbuat katibi Qevork Emin-Teryan da təsdiqləyib. Emin-Teryanın fikrincə, hökumətin qərarı universiteti öz laboratoriyalarında müstəqil elmi araşdırmalar aparmaq hüququndan məhrum edir.