Qvardiola nəyi yaxşı bilir?


İdman 04 Fev 2019 19:35:00 339 0

Qvardiola nəyi yaxşı bilir?

Manchester City-nin baş məşqçisi Pep Qvardiola Barcelona, JuventusBayer Münich-i son 10 ilin ən yaxşı klubu adlandırıb.

Goal.az xəbər verir ki, Real-ın adını çəkməyən mütəxəssisə cavab gecikməyib. “Kral klubu”nun direktoru Emilio Butraqeyo məsələyə münasibət bildirib.

“Qvardiolanın bu cür açıqlama verməsi təəccüblüdür. Real son 5 ildə 4 dəfə Çempionlar Liqasının qalibi olub. Turnirin tarixində yalnız bir klub analoji göstəriciyə nail olub. Di Stefanonun Real-ı ardıcıl 5 dəfə ÇL-nin qalibi adını qazanıb. Bunu hamı, o cümlədən Qvardiola yaxşı bilir. Son 10 ilin ən yaxşısı olmaq üçün daha nə etmək lazımdır?”, - direktor bildirib.

Xatırladaq ki, Real 2014 və 2016-2018 mövsümündə Çempionlar Liqasını qazanıb. Barcelona sonuncu dəfə 2015-də, Bayer Münich 2013-də Juventus isə 1996-da qələbə sevincini yaşayıb.