Qafqazın “qaz kralının” və senator oğlunun daha üç qətldə əli var


Digərləri 04 Fev 2019 19:29:00 265 0

Qafqazın “qaz kralının” və senator oğlunun daha üç qətldə əli var

Rusiya Federasiya Şurasının Qaraçay-Çərkəz muxtar respublikasından senatoru, ötən həftə həbs edilən Rauf Araşukovun və atası, Qafqazın "qaz kralı" sayılan Raul Araşukovun daha üç qətldə əli var.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Qafqaz respublikasının rəhbərliyindəki mənbə bildirib.

Mənbə deyib ki, 1990-cı illərin sonlarında Ukraynanın Donetsk şəhərində biznesmen Boris Xapsirokov güllələnib. 2003-cü ildə isə Çerkessk şəhərinin istintaq təcridxanasının rəisi Həsən Canayev öldürülüb. 2006-cı ildə Rusiya prezidenti administrasiyasının rəhbərinin köməkçisinin mühafizə xidmətinin rəisi Əli Afaunovun ölümü də Araşukovlarla bağlıdır.

"Boris Xapsirokov Raula kömək edib ki, "Qazprom"la Qaraçay-Çərkəzdə qaz boruları istehsal edən zavod arasında müqavilə bağlasın. Lakin Araşkov Xapsirokova çatası pulu atmaq qərarına gəlir. Yemək-içmək mərasimi zamanı bu informasiya üzə çıxır və Xapsirokov ata-Araşukovu vurur. Bu hadisələrdən çox tezliklə sonra Xapsirokovu öldürürlər, ona Donetskdə arxadan atəş açıblar"-mənbə deyib.

İstintaq təcridxanasının rəisinin öldürülməsi isə onun xidməti vəzifəsi ilə bağlı olub. Belə ki, rəis Araşukovun yaxınlarının saxlanma şəraitini sərtləşdirib. Daha sonra Rauf əvvəllər onun şəxsi mühafizəsinin rəisi olmuş Əli Afaunovu aradan götürməyi qərara alıb. Çünki Afaunov onu tərk edərək Rusiya prezidenti administrasiyasında işləyən Nazir Xapsirokovun yanına getmişdi.