Azərbaycanda ilk dəfə olaraq görmə qabiliyyəti məhdud olan insanlar üçün sərgi keçirilir (FOTO)


Digərləri 04 Fev 2019 19:20:00 207 0

Azərbaycanda ilk dəfə olaraq görmə qabiliyyəti məhdud olan insanlar üçün sərgi keçirilir (FOTO)

Ölkəmizdə ilk dəfə olaraq görmə qabiliyyəti məhdud olan insanlar üçün “Tarixə və ənənəyə toxunuş” adlı sərgi təşkil edilir.

Bakı. Ölkəmizdə ilk dəfə olaraq görmə qabiliyyəti məhdud olan insanlar üçün “Tarixə və ənənəyə toxunuş” adlı sərgi təşkil edilir. Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi, “Azərsun Holdinq” və Türkiyənin “GEA Arama Kurtarma” və “Ekoloji ve İnsani Yardim” təşkilatının təşəbbüsü ilə reallaşdırılan layihənin açılış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev, millət vəkilləri, ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik missiyaların nümayəndələri və ictimai xadimlər də iştirak ediblər. “Azərsun Holdinq”dən Trend-ə verilən məlumata görə, "ASAN" Radio, “ASAN” Könüllülük Məktəbi və “British Council”ın dəstəyi ilə təşkil edilən tədbirdə çıxış edən Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva tədbirin çox mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, sağlamlıq imkanları məhdud olan insanların daim dövlət başçısı İlham Əliyevin diqqət mərkəzində olduqlarını qeyd etdi.