“Könüllülər Parlamenti Azərbaycan, 2019” layihəsi həyata keçiriləcək


Digərləri 04 Fev 2019 18:54:00 235 0

“Könüllülər Parlamenti  Azərbaycan, 2019” layihəsi həyata keçiriləcək

Azərbaycan Respublikasının Milli Məclisi və "ASAN Könüllüləri" Təşkilatının birgə əməkdaşlığı ilə gənclərə siyasi analiz bacarıqlarını göstərməyə imkan yaradacaq "Könüllülər Parlamenti - Azərbaycan, 2019" layihəsinə start verilir.

Son.az xəbər verir ki, 18 - 21 fevral tarixini əhatə edəcək layihənin məqsədi iştirakçıların vətənpərvərlik ruhunda tərbiyələnməsinə töhfə vermək, siyasi biliklərinin  və natiqlik qabiliyyətlərinin hərtərəfli inkişafını dəstəkləmək, habelə vətəndaş mövqeyini konstruktiv ifadə etməyi stimullaşdırmaqdır.    

Layihədə qeydiyyatdan keçmiş və müsahibə əsasında uğurlu hesab edilən 50 gənc iştirak edəcək.