"Gəncliyin səsi" festivalı gerçəkləşib


Kriminal 04 Fev 2019 18:07:00 256 0

"Gəncliyin səsi" festivalı gerçəkləşib

Ölkə gəncləri hər zaman dövlət dəstəyini hiss edirlər və bu da onların layiqli kadr kimi formalaşmasına öz töhfəsini verir.

Son.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin "2 fevral Gənclər günü kimi qeyd olunması haqqında" sərəncamı və Prezidentin 15 sentyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə "Dövlət Proqramı dövlətin mükəmməl gənclər siyasətinə bariz nümunədir. Mədəniyyət Nazirliyi tərəfindən bu siyasətin məntiqi nəticəsi olaraq hər il "Gəncliyin səsi" festivalı gerçəkləşir. Festivalın məqsədi gənc istedadların üzə çıxarılması, onların bilik və bacarıqlarının doğru istiqamətdə yönəldilməsi və yaradıcılıq uğurlarının dəstəklənməsidir.

2016-cı ildən "Gəncliyin səsi" festivalı Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilir. 


Xəbərə aid fotolar