"Plastik və şüşə butulkaları təhvil verənlər pulsuz dəqiqələr alacaq"


Digərləri 04 Fev 2019 18:09:00 311 0

"Plastik və şüşə butulkaları təhvil verənlər pulsuz dəqiqələr alacaq"

Türkiyədə ətraf mühitin qorunması məqsədilə plastik və şüşə butulkaların yığımının təşkili üçün tədbirlər görüləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum deyib.

Nazir bildirib ki, Türkiyə vətəndaşları şüşə və plastik butulkaları təhvil vermək üçün təşviq ediləcək:

"Plastik və şüşə butulkaları təhvil verən vətəndaşlara mobil danışıq üçün pulsuz dəqiqələr veriləcək, həmçinin onlar ictimai nəqliyyatdan istifadə edərkən güzəştlər əldə edəcəklər".