İnfantino favoritdir


İdman 04 Fev 2019 17:52:00 222 0

İnfantino favoritdir

Seçkiöncəsi 196 futbol federasiyası FİFA-nın indiki prezidenti Canni İnfantinonu dəstəkləyir.

Goal.az Financial Times nəşrinə istinadən xəbər verir ki, ali futbol qurumu rəhbərinin hələlik cəmi bir rəqibi var - Tottenham-ın və İsveçrə millisinin sabiq futbolçusu Ramon Veqa. Namizədliyin irəli sürülməsi fevralın 5-də başa çatacaq. FİFA prezidentliyinə seçkilər iyunun 5-də Parisdə keçiriləcək. İnfantino 2016-cı ildən bu vəzifəni daşıyır. Həmin vaxt ikinci turda 207 mümkün səsdən 115-ni qazanaraq FİFA prezidenti seçilib.