Bakı Ali Neft Məktəbi Gənclər Gününü qeyd etdi


Digərləri 04 Fev 2019 17:41:00 246 0

Bakı Ali Neft Məktəbi Gənclər Gününü qeyd etdi

Bakı Ali Neft Məktəbində (BANM) Gənclər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov, BANM-ın professor-müəllim heyəti, administrativ heyəti və tələbələri iştirak ediblər.

Son.az xəbər verir ki, tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra BANM-ın rektoru Elmar Qasımov qonaqları salamlayıb və BANM gənclərinin timsalında bütün Azərbaycan gənclərini ürəkdən təbrik edib. Rektor qeyd edib ki, dövlət gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib və o gündən sonra hər il Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb. O həmçinin vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət gənclər siyasətinə verdiyi önəm və gənclərə qayğısı nəticəsində bu sahədə xüsusi Dövlət Proqramı həyata keçirilir, bölgələrdə Gənclər Mərkəzi yaradılır, gənclərin dünyaya inteqrasıya etməsinə, təhsilinə, sosial-ictimai fəaliyyətinə hər zaman xüsusi dəstək verilir.  "Dövlətimizin ənənələrinə sadiq qalaraq BANM da hər il bu günü böyük auditoriya ilə qeyd edir."-deyə rektor Elmar Qasımov bildirib.  

Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək öz ürək sözlərini gənclərə çatdırıb, onları ölkəmizin inkişafı naminə sosial-ictimai fəaliyyətdə aktiv iştirak etməyə səsləyiblər.

Rektor Elmar Qasımov Gənclər Gününə həsr edilmiş tədbirdə Ali Məktəbin inkişafına verdiyi töhfələrə görə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdir müavini Məhərrəm Əhmədova və  Ali Məktəbin tələbələrinin elmi-sosial inkişafına verdiyi töhfələrə görə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərova BANM-ın Fəxri diplomunu  təqdim edib.

Bakı Ali Neft Məktəbinin məzunları adından 2018-ci il "Neft-qaz mühəndisliyi" ixtisasının məzunu, BP-də Ətraf mühit əməliyyatları üzrə mühəndis  Mehriban Əliyeva da tədbirdə çıxış edərək, gəncləri təbrik edib və öz uğur hekayəsini  onlarla bölüşüb.


Xəbərə aid fotolar