“Atəşgah” Sığorta Şirkətinə yeni sədr müavini təyin edilib


Digərləri 04 Fev 2019 17:49:14 195 0

“Atəşgah” Sığorta Şirkətinə yeni sədr müavini təyin edilib

Ölkənin aparıcı sığorta şirkətlərindən biri “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinə yeni təyinat olub.

Bakı. Ölkənin aparıcı sığorta şirkətlərindən biri “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinə yeni təyinat olub. “Atəşgah”dan Trend-ə verilən məlumata görə, Orxan Rzayev Şirkətin İdarə Heyətinin Sədr müavini vəzifəsinə təyin olunub. Bu qərar Şirkətin Səhmdarlarının Direktorlar Şurasının qərarına əsasən qəbul edilib. Rzayev Orxan Faid oğlu 2005-ci ildən “Atəşgah” Sığorta Şirkətində fəaliyyət göstərir. O, müxtəlif dövrlərdə Müştəri xidmətləri şöbəsi, Birbaşa satış şöbəsi,Birbaşa satış idarəsi, Pərakəndə satış idarəsi və Regional satış idarəsinin rəhbəri vəzifələrində çalışmış, eləcə də İdarə heyətinin üzvü vəzifəsini icra etmişdir.