KOBİA yanında İctimai Şuranın iclası keçirilib


Digərləri 04 Fev 2019 17:37:00 229 0

KOBİA yanında İctimai Şuranın iclası keçirilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Son.az bildirir ki, Agentlikdən Trend-ə verilən məlumata görə, İctimai Şurada təmsil olunan qeyri-hökumət təşkilatlarının və sahəvi assosiasiyaların rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov 2018-ci ildə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, eləcə də Agentliyin ötən müddət ərzində gördüyü işlər barədə məlumat verib.

Vurğulanıb ki, ötən il kiçik və orta biznesin qanunverici bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər görülüb, yeni dəstək modellərinin tətbiqinin stimullaşdırılması məqsədilə Vergilər Məcəlləsinə dəyişikliklər edilib, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları təsdiq olunub, KOB-ların kommunal xidmətlərə qoşulması prosedurları, tikintiyə icazə və tikinti obyektinin istismarına icazə qaydaları sadələşdirilib, dövlət satınalmaları ilə bağlı qanunvericiliyə mütərəqqi dəyişikliklər edilib. Bütün bunlar ölkəmizdə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafında, KOB-ların fəaliyyətinin genişləndirilməsində əhəmiyyətlidir. Agentlik yanında İctimai Şuranın 2018-ci ilin noyabrında yaradıldığını xatırladan O.Məmmədov kiçik və orta biznesin inkişafı istiqamətində Agentlik tərəfindən görülən işlər üzərində ictimai nəzarətin həyata keçirilməsinin, qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə tədbirlərində Şuranın fəal iştirakının önəmini diqqətə çatdırıb.


Xəbərə aid fotolar