“Belimdə aparıram” Əlillər ictimai nəqliyyatdan faydalana bilirmi?


Digərləri 04 Fev 2019 17:29:00 206 0

“Belimdə aparıram”  Əlillər ictimai nəqliyyatdan faydalana bilirmi?

Əlillərin cəmiyyətə inteqrasiyasını təmin etmək üçün müxtəlif işlər görülsə də, müəyyən irəliləyişlər olsa da, hələ ki, alınan nəticə tam da ürəkaçan deyil.

Son.az xəbər verir ki, ARB TV-nin "Günə Doğru" proqramı mövzu ilə bağlı süjet hazırlayıb.

Oruc Salmanov - Əlilliyi olan vətəndaş: "Anamdan asılı olmaq istəmirəm".

Oruc Salamov kimi minlərlə insan bu problemdən əziyyət çəkir. Paytaxın bəzi avtobuslarında əlil arabaları üçün xüsusi yer ayrılsa da, bu bölgələrdə yox dərəcəsindədir. Bu isə əlil arabasında olan şəxslər üçün ikiqat çətinlik yaradır.

Reyhan Salmanova - Əlilin anası: "Ayda iki dəfə oğlumu xəstəxanaya aparıram. Avtobusla aparmağa gücüm çatmır, məcburən taksi ilə aparıram. Belimdə aparıram. Taksi ilə də hər dəfə 10-15 manat pulum çıxır. Şərait olsa, taksiyə verdiyimi özünə xərcləyərəm".

Əlillərin ictimai nəqliyyatdan rahat istifadəsi üçün xüsusi panduslar olan avtobusların olması şərtdir. Yanlız bu cür avtobuslarda onların minməsi və düşməsi asanlaşır. Bu cür nəqliyyat vasitələrinin marşrut xəttlərinə buraxılması isə daşıyıcı şirkətlərin üzərinə düşür.


Xəbərə aid fotolar