Şəhid anası: "Dövlət başçısının şəhidlərə olan münasibətindən məmnunam"


Digərləri 04 Fev 2019 16:54:00 244 0

Şəhid anası: "Dövlət başçısının şəhidlərə olan münasibətindən məmnunam"

Ölümdən qorxmamaq, onun üstünə getmək hər oğulun işi deyil. Vətənə olan sevgi onu ölümün gözünə dik baxmağa məcbur edirdi. O, azğın düşməni torpağımızdan qovanadək silahı yerə qoymamağa söz vermişdi.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, əslən Balakəndən olan 21 yaşlı döyüşçü Şirinov Əli Rizvan oğlunun keçdiyi döyüş yolunu məhz ölümə doğru aparan yol hesab etmək olar.

Torpağımızın başı üzərini qara buludlar alanda Əli silaha sarılaraq döyüşə atılıb. Üç dəfə yaralanıb, sağlamlığında olan problemlərə görə həkimlər, qohumlar nə qədər cəhd etsələr də, onu cəbhəyə qayıtmaq fikrindən döndərə bilməyiblər. Ağdam rayonunun Qaralar kəndi uğrundakı döyüşdə isə gözlərini işıqlı dünyaya əbədi olaraq yumub.


Xəbərə aid fotolar