İpoteka və Kredit Zəmanət Fondu kirayə evlərin satılması mexanizmini açıqladı


Digərləri 04 Fev 2019 16:44:00 292 0

İpoteka və Kredit Zəmanət Fondu kirayə evlərin satılması mexanizmini açıqladı

Son.az xəbər verir ki, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun Mətbuat xidməti Trend-in suallarını cavablandırıb

- Əhaliyə kirayə evlər nə vaxtdan veriləcək?

- Bildiyiniz kimi, 25 yanvar 2019-cu il tarixdə "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında" Azərbaycan Prezidentinin fərmanı ilə "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası" təsdiq edildi. Fərmanda cənab Prezident tərəfindən Fonda fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. Fərmana uyğun olaraq, Fond mexanizmin fəaliyyətini təmin etmək üçün bir sıra məsələləri həll etməlidir ki, bunlara əsasən müraciətlərə baxılması, aylıq ödənişlərin hesablanması və ödənilməsi, kirayəyə veriləcək yaşayış sahələrinə, habelə kirayəçilərə dair tələblərin müəyyən edilməsi kimi zəruri prosedurların hazırlanması və təsdiqi, habelə şəffaflığı təmin etmək və müraciətlərin qəbulu üçün şəraitin yaradılması və prosesin avtomatlaşdırılmasını aid etmək olar. Qeyd edilən məsələlərin həlli müəyyən vaxt tələb etsə də, Fond tərəfindən işlər sürətləndirildiyi üçün mümkün qısa vaxtda vətəndaşlar mexanizmin imkanlarından faydalana biləcəklər. Bu barədə Fond ictimaiyyətə əlavə məlumat verəcək.

- Yeni mexanizmin indiyədək mövcud olan ipoteka və güzəştli mənzillər mexanizmindən fərqi nədədir?

- Ümumiyyətlə, bu məhsulların hər birinin əsas məqsədi vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Dünya təcrübəsi də göstərir ki, bu məhsullar, demək olar, bir-birilərini tamamlayır. Çünki hər məhsulun mənzil şəraitini yaxşılaşdırmaq istəyən şəxsin tələblərinə uyğun gələn xüsusiyyəti və üstünlükləri var. Satmaq öhdəliyi ilə kirayənin ipoteka kreditləşdirməsindən əsas fərqlərindən biri yaşayış sahəsinin Fondun mülkiyyətində olması və ödəniş tam başa çatdıqdan sonra kirayəçinin mülkiyyətinə verilməsidir. İpoteka kreditləşməsi mexanizmində Fondun vəsaiti hesabına alınmış yaşayış sahəsi borclunun mülkiyyətinə əvvəlcədən verildiyi və yalnız ipoteka ilə təmin edildiyi üçün yaş məhdudiyyəti, gəlirlərin təsdiqi və ilkin ödənişlə bağlı ciddi tələblər mövcuddur. Satmaq öhdəliyi ilə kirayə mexnizmində isə yaşayış sahəsi ödəniş tam başa çatana kimi Fondun mülkiyyətində saxlanıldığı üçün kirayəçilərin əmək stajının, gəlirlərinin və s. təsdiq edilməsi nəzərdə tutulmur. Məhz bununla əlaqədar olaraq, satmaq öhdəliyi ilə kirayədə vətəndaşın qabaqcadan ödəniş yükü daha aşağıdır. Kirayəçi onunla müqavilə bağlanıldıqdan sonra aylıq ödəniş məbləğinin 12 misli miqdarında pul vəsaitini Fondun hesabına köçürməlidir. Sonra isə aylıq əsasda ödənişlərin aparılması təmin edilir. Bundan başqa, bu mexanizmdə yaşayış sahələri tam təmirli və sığortalı şəkildə vətəndaşlara təqdim olunur.

- Hansı evlərin kirayəyə verilməsi nəzərdə tutulur? Konkret ünvan varmı?

- Qaydalara əsasən satmaq öhdəliyi ilə kirayəyə 2013-cü ildən sonra inşa edilmiş, tikintisi başa çatdırılmış, tam təmirli, qaz, su və elektrik enerjisi ilə təchiz edilmiş mənzillər və yaşayış evlərinin verilməsi nəzərdə tutulub. Sözsüz ki, əhalinin maraqları nəzərə alınmaqla yaşayış sahələrinin müxtəlif zonalarda və müxtəlif tipli binalarda seçilməsi təmin ediləcək.

- Kirayə evlər kimlərə veriləcək? Bu, hər kəs üçün əlçatan olacaq, yoxsa xüsusi kateqoriyalar üçün nəzərdə tutulub?

- İlk növbədə qeyd etmək lazımdır ki, satmaq öhdəliyi ilə kirayədən yalnız Azərbaycan Respublikasının vətəndaşları faydalana bilərlər. Qaydaların tələblərinə əsasən yaşayış sahələri müraciət tarixinə banka və ya digər təşkilata vaxtı keçmiş borcu olmayan və vətəndaş qüsursuzluğuna malik şəxslərə verilir. Bundan başqa, qaydalarda Fonda kirayəçilər üçün əlavə tələblər də müəyyən etmək səlahiyyəti verilib.

- Binanı və mənzilləri kim seçir - kirayəçi, yoxsa Fond?