Bolqarıstanın Baş naziri Bakıya gələcək


Digərləri 04 Fev 2019 15:51:00 227 0

Bolqarıstanın Baş naziri Bakıya gələcək

Bolqarıstanın Baş naziri Boyko Borisov mart ayında Bakıya gələcək.

Son.az bildirir ki, bu barədə report-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildirilib.

O, martın 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı forumunda iştirak edəcək.

Qeyd edək ki, VII Qlobal Bakı forumunda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. Builki forumunun mövzusu "Dünyanın yeni xarici siyasəti" olacaq. Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçılarının da qatılması gözlənilir.