Azərbaycan Universitetinin tələbələri Almaniya, İtaliya və Xorvatiyada təhsil alacaqlar


Digərləri 04 Fev 2019 15:53:00 238 0

Azərbaycan Universitetinin tələbələri Almaniya, İtaliya və Xorvatiyada təhsil alacaqlar

Azərbaycan Universitetinin 6 tələbəsi 2018/2019-cu tədris ilinin yaz semestrində təhsillərini Almaniyanın Koblenz, İtaliyanın Sapienza və Xorvatiyanın Dubrovnik universitetlərində davam etdirəcək.

Son.az xəbər verir ki, universitetdən Trend-ə verilən məlumata görə, tələbələr qeyd olunmuş tərəfdaş ali təhsil müəssisələrində "Erasmus+" mübadilə proqramı çərçivəsində təhsil almaq hüququ əldə ediblər.

Mübadilə tələbələrindən 4-ü magistratura, 2-si isə bakalavriat pilləsində təhsil alır. Mübadilə dövründə tələbələrin müvafiq fənlər üzrə topladıqları kreditlər Azərbaycan Universiteti tərəfindən tanınır.


Xəbərə aid fotolar