Klopp: "Reallıq başqa şey deyir"


İdman 04 Fev 2019 15:48:00 201 0

Klopp: "Reallıq başqa şey deyir"

Liverpool-un baş məşqçisi Yurqen Klopp Çempionlar Liqasından danışıb.

Goal.az xəbər verir ki, təcrübəli mütəxəssis turnirin 1/8 finalında Bayer Münich-lə çətin oyun gözlədiyini deyib. “Çempionlar Liqasında mübarizə aparmaq qürurvericidir. Bu turnir möhtəşəmliyi ilə seçilir. Hamı burada qalibiyyətə can atır. Komandamı çox çətin oyunlar gözləyir. Bəziləri Liverpool-un artıq ¼ finalda olduğunu düşünür. Yanlış fikirdir. Bayer Münich hazırda əla formadadır. Əlbəttə, əlimizdən gələni etməyə çalışacağıq. Lakin reallıq başqa şey deyir. Bu mövsüm bütün diqqətimizi İngiltərə çempionatına yönəltməyi daha vacib sayırıq”, - Klopp bildirib.