“Azərenerji” ASC yanvarda qonşu ölkələrə 191.9 milyon kvts elektrik enerjisi ixrac edib


Digərləri 04 Fev 2019 15:46:08 177 0

“Azərenerji” ASC yanvarda qonşu ölkələrə 191.9 milyon kvts elektrik enerjisi ixrac edib

“Azərenerji” ASC arxada qalan yanvar ayı ərzində 2.126 milyard kvts elektrik enerjisi istehsal edib.

Bakı. “Azərenerji” ASC arxada qalan yanvar ayı ərzində 2.126 milyard kvts elektrik enerjisi istehsal edib. ASC-dən Trend-ə verilən məlumata görə, bu isə ötən ilin yanvar ayı ilə müqayisədə 3 milyon kvts çoxdur. Belə ki, ötən ilin yanvar ayında 2.123 milyard kvts elektrik enerjisi istehsal edilmişdi.