Şəhid anası: "Prezidentimiz şəhid ailələri ilə görüşündə bizə nə qədər yüksək dəyər verdiyini bir daha nümayiş etdirdi"


Digərləri 04 Fev 2019 15:35:00 311 0

Şəhid anası: "Prezidentimiz şəhid ailələri ilə görüşündə bizə nə qədər yüksək dəyər verdiyini bir daha nümayiş etdirdi"

Birdəfəlik ödəmələrin verilməsi dövlətimizin bizim kimi şəhid ailələrinə yüksək diqqət və qayğısının göstəricisidir. Bizim ailəyə 11 min manat məbləğində birdəfəlik ödəmə olunub. Bundan əlavə, Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün artırılması haqqında da Fərman imzaladı. Bu Fərmana əsasən şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 300 manat müəyyən edildi. Bundan əvvəl, bu məbləğ 242 manat idi. Biz dövlətimizdən çox razıyıq. Bir şəhid anası kimi belə bir humanist addıma görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm.

Son.az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Qubanın Qam-qam kəndində yaşayan şəhid anası Yavər Abdullayeva söyləyib.

Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə Y.Abdullayevanın oğlu Mübariz Abdulayev qəhrəmancasına şəhid olub. Mübariz cəbhəyə 1992-ci ilin mart ayında yollanıb. Qəhrəmanlığı ilə ad çıxaran qubalı döyüşçü həmin ilin sentyabr ayında düşmən gülləsinə tuş gəlib. Laçın uğrunda gedən döyüşdə şəhid olan M.Abdullayev doğulub boya-başa çatdığı Qam-qam kəndində dəfn edilib. Kəndin məktəbi şəhidin adını daşıyır.


Xəbərə aid fotolar