Azərbaycan xaricə elektrik enerjisi ixracını artırıb


Digərləri 04 Fev 2019 15:03:00 269 0

Azərbaycan xaricə elektrik enerjisi ixracını artırıb

"Azərenerji" ASC yanvar ayında qonşu ölkələrə 191,9 milyon kvts elektrik enerjisi ixrac edib.

"Azərenerji" ASC-dən Son.az-a verilən məlumata görə, arxada qalan yanvar ayı ərzində 2,126 milyard kvts elektrik enerjisi istehsal edib. Bu isə ötən ilin yanvar ayı ilə müqayisədə 3 milyon kvts çoxdur. Belə ki, ötən ilin yanvar ayında 2,123 milyard kvts elektrik enerjisi istehsal edilmişdi.