Azərbaycan İstedadların Rəqabətə Davamlılığının Qlobal İndeksi üzrə MDB-də ən yüksək göstəriciyə malikdir


Digərləri 04 Fev 2019 14:31:00 202 0

Azərbaycan İstedadların Rəqabətə Davamlılığının Qlobal İndeksi üzrə MDB-də ən yüksək göstəriciyə malikdir

Azərbaycan İstedadların Rəqabətə Davamlılığının Qlobal İndeksi 125 ölkə arasında 43-cü yerdə qərarlaşıb.

Bakı. Azərbaycan İstedadların Rəqabətə Davamlılığının Qlobal İndeksi 125 ölkə arasında 43-cü yerdə qərarlaşıb. Trend-in məlumatına görə, indeksi Fransanın INSEAD biznes-məktəbi tərtib edib. Reytinqdə ilk üçlükdə 81.81 xalla İsveçrə, 77.27 xalla Sinqapur və 76.64 xalla ABŞ qərarlaşıb. Azərbaycan reytinqdə 45.94 xal toplayıb. Bu göstərici ilə Azərbaycan MDB ölkələri arasında ilk yeri tutur. Belə ki, Rusiya 43.47 xalla 49-cu, Qazaxıstan 41.79 balla 56-cı, Ermənistan 39.95 balla 61-ci, Ukrayna 39.41 balla 63-cü, Gürcüstan isə 37.32 balla 76-cıdır. Azərbaycan Çini (45.44 bal, 45-ci yer) də qabaqlayıb.