Rusiya Qırğız Respublikasında daha bir hərbi baza yarada bilər


Dünya 04 Fev 2019 14:26:00 228 0

Rusiya Qırğız Respublikasında daha bir hərbi baza yarada bilər

"Rusiya Qırğız Respublikası ərazisində daha bir hərbi bazasının yaradılması məsələsini müzakirə etməyə hazırdır"

Rusiya Qırğız Respublikası ərazisində daha bir hərbi bazasının yaradılması məsələsini müzakirə etməyə hazırdır.

Son.az report-a istinadən bildirir ki, bunu Qırğız - Rus Slav Universitetindəki çıxışı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Bu, bizim təşəbbüsümüz deyil. Bunu ilk dəfədir eşitdik, qırğız dostlarımızda yaranan təhlükəsizlik barədə fikirlərini müzakirə etməyə hazırıq", - rusiyalı nazir deyib.