Manatla əmanət və kreditlərin orta faiz dərəcəsi artıb


Digərləri 04 Fev 2019 14:08:00 191 0

Manatla əmanət və kreditlərin orta faiz dərəcəsi artıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci ilin dekabr ayı üzrə depozit və əmanətlər üzrə orta faiz dərəcəsini açıqlayıb.

Son.az report-a istinadən bildirir ki, dekabrda manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 9,58%, xarici valyuta ilə 2,33% təşkil edib.

Noyabr ayı ilə dekabr ayını müqayisə edəndə məlum olur ki, manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 0,39 faiz bəndi artıb, xarici valyutada depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 0,1 faiz bəndi azalıb.

Dekabr ayında hüquqi şəxslərdən manatla depozitlər ortalama 5,53%, xarici valyutada isə 1,43%-dən cəlb edilib. Hesabat ayında fiziki şəxslərdən manatla cəlb edilmiş depozitlərin orta faizi 10,01%, xarici valyutada isə 2,66% olub.